Ru
20:02 / 30 Sentyabr 2022

Şəkidə mikroavtobusla yük maşını toqquşdu - Xəsarət alanlar var

1461
Şəki şəhərinin Salman Mümtaz küçəsində mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var.



Bakupost.az "Report"a istinadən bildirir ki, Balakəndən Bakı istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı sərnişin mikroavtobusu ilə "UAZ" markalı yük avtomobili toqquşub.



Hadisə nəticəsində "UAZ"ın sürücüsü, Şəki sakini 64 yaşlı Səyyar Səlimov və mikroavtobusun sərnişinlərindən biri 27 yaşlı Balakən sakini Ulduz Nəsibova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.



Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər