Ru
15:10 / 08 Avqust 2022

Səkinin ortası ilə çəkilən qaz xətti götürüldü - VİDEO

2003
Sosial şəbəkələrdə Bakıxanov qəsəbəsində səkinin ortası ilə çəkilən qaz xəttinin görüntüləri yayılıb.


Bakupost.az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev məsələdən xəbərdar olduqlarını və problemin dərhal aradan qaldırıldığını deyib:


"Həqiqətən də normal mənzərə deyil. Birlik olaraq bu məsələdən xəbərdar idik. Qaz xətti ərazidə fəaliyyət göstərən ticarət mərkəzlərindən biri üçün çəkilmişdi.


Baxmayaraq ki, bu xətt podratçı şirkətlərdən birinin "əsəri" idi, Birlik olaraq vətəndaşları narahat edən bu problemin həllini öz üzərimizə götürdük. İki gün əvvəl problem aradan qaldırıldı. Xəttin səkinin ortası ilə çəkilmiş 105 metrlik hissəsi tam olaraq kənarlaşdırılıb".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər