Ru
19:00 / 16 Sentyabr 2022

Sərhəddə erməni təxribatlarının arxasında iki qüvvə dayanır - İqbal Ağazadə

2938
“Sərhəddə ermənilərin təxribatının arxasında Rusiya və Ermənistanın daxilindəki rusiyapərəst qüvvələr dayanır”.


Bu fikirləri Bakupost.az -a Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə ermənilərin sərhəddəki son təxribatlarını şərh edərkən deyib.


Partiya sədri hesab edir ki, Paşinyanın tam hakim olmadığı ordu sistemində rusiyapərəstlər çoxdur:


“Revanşist qüvvələr mütəmadi təxribatlar törədirlər ki, Rusiya bu sərhədlərin hamısını kontrol edə bilsin, Cənubi Qafqazdan çıxmasın, Ermənistanla Azərbaycan arasında bağlanacaq müqavilədə dominatlığı əlində saxlasın. Ermənistan və yaxud başqa bir dövlət ərazilərimizə hücum edəcəksə, təbii ki, biz ona layiqli cavab verməliyik. Müharibədə itkilər, şəhidlər qaçılmazdır. Lakin taktika və strategiyanı dəyişib, riskləri minimuma endirmək olar”.


İ.Ağazadə onu da qeyd edib ki, Azərbaycan sərhəddə beton sədlər çəkərək ermənilərin hücum riskini minimuma endirə bilər:


“Nə qədər ki, Rusiya Cənubi Qafqazdadır, Ermənistanda Moskvanın dirijorluğu ilə hərəkət edən qüvvələr olacaq. Bu mənada Ermənistanla təmaslar minimuma enməli və bütün risklər nəzərə alınmalıdır. O riskləri aradan götürmək üçün Ermənistan-Azərbaycan arasında beton sədlər çəkilməlidir. Həmin sədlər riskləri minimuma endirəcək. Eyni zamanda erməni diversiya qruplarının sərhəddən keçməsi, minaların basdırılması məsələsi də azalacaq. Təbii ki, artileriya və toplardan istifadə olunursa, əlbəttə, bu, açıq müharibədir. Hələ qədim dövrlərdən başlamış müasir dövrə qədər dövlətlər arasında sərhədlərin çəkilməsi, sədlərin qurulması məsələsi var. Azərbaycan da bu istiqamətdə işlər apara bilər”.


Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər