Ru
15:09 / 06 Yanvar 2023

Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılmalıdır - Millət vəkilindən sərt reaksiya

6007
Xəbər verdiyimiz kimi, Naftalan şəhəri, İmadəddin Nəsimi adına 1 saylı məktəbin direktoru Vəfa Hüseynovanın şagird və valideynlərdən summativ qiymətlərinin yazılması üçün pul tələb etdiyi ilə bağlı səs yazısı yayılıb.

Hətta direktor həmin səs yazısında pulların müəllimlərə toplu şəkildə verməli olduğunu bildirib. Regional Təhsil İdarəsi hazırda məlum səs yazısı ilə bağlı apaşdırma aparıldığını bildirib.

İlginc olan həm də məsələnin digər tərəfidir. Belə ki, indiyədək orta məktəblərdə "fond pulu", "təmir pulu" yığılırdısa, artıq şagirdlərə qiymətlərin də rüşvətlə yazıldığı üzə çıxır. Hər halda yayılan səs yazısı bəzi məktəblərdə vəziyyətin bu cür olduğunu düşünməyə əsas verir.




Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən deputat Etibar Əliyev bu cür halların dəfələrlə olduğunu, məktəblərdə müəllim və direktorların səs yazılarının ortaya çıxdığını bildirib:

"Ancaq yenə də bu cür hadisələr səngimir. Məktəb rəhbərliyi və müəllimlər sanki texnologiyanın uşaqlara, valideynlərə verdiyi bu imkanları dəyərləndirə bilmirlər. Buna görə də bu kimi hallar davam edir".

Ekspert qeyd edib ki, orta məktəblərdə şagirdlərin biliklərinin mərhələli və yekun qiymətləndirilməsində süni qiymət şişirdilməsinə yol verilir:

“Buna görə də çox vaxt məktəbi yüksək qiymətlərlə bitirən şagird qəbul imtahanında 0-200 bal toplayır”.

Deputat bildirib ki, Dövlət İmtahan Mərkəzi hər il statistik təhlillər aparır və bununla bağlı kitab buraxır:

"Bütün rayonlar üzrə şagirdlərin orta məktəbdə topladığı yüksək balla qəbulda topladığı bal arasında kəskin fərq var. Hətta orta məktəbdə əlaçı olanlar qəbulda 0-200 bal toplayırlar. Bu problem də həmin məsələdən qaynaqlanır".

Ekspert qeyd edib ki, bir çox məktəblər pul yığmağa görə cəzalandırılıblar:

"Görünən odur ki, bu, hələ yetərli deyil. Məktəb direktorlarının böyük bir qismi öz yerində olmayan insanlardır. Onların təyinatında qüsurlar olub. Ona görə də o şəxsləri yalnız maddiyyat maraqlandırır. Bu, bir çox yerdə özünü göstərir. İstər summativ qiymətləndirmədə, istər şagirdləri dərsdən buraxmaq və ya dərsə gəlməmək məsələsində. Ona görə də hesab edirəm ki, səs yazısı yayılan həmin məktəb direktoru vəzifəsindən kənarlaşdırılmalıdır".

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər