Ru
19:00 / 23 Sentyabr 2022

Səudiyyə Ərəbistanı kosmosa qadın astronavt göndərəcək

1225
Səudiyyə Ərəbistanı Kosmik Agentliyi gələn il ilk səfəri planlaşdırılan kosmos proqramını həyata keçirməyə hazırlaşır. Müəyyən edilmiş proqram çərçivəsində 2023-cü ildə kosmosa gedəcək ilk astronavt komanda arasında qadın astronavtın da olacağı açıqlanıb.


Bakupost.az xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyinin (SPA) məlumatına görə, kosmik proqram Səudiyyə Ərəbistanının 2023-cü il üçün planları arasındadır.


Bildirilib ki, proqramın məqsədi Səudiyyə Ərəbistanlı kadrlarını gələcək kosmos tədqiqatları missiyalarında beynəlxalq tərəfdaşlıqlara cəlb etmək, qısa və uzun məsafəli kosmos səyahətləri həyata keçirmək üçün yetişdirməkdir. Vurğulanıb ki, Səudiyyə Ərəbistanı gələcəkdə daha da əhəmiyyətli olacağı gözlənilən kosmik sənaye sektorundan faydalanmağı və kosmos araşdırmalarına töhfə verməyi hədəfləyir.


Günel
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər