Ru
21:06 / 04 Aprel 2022

Şəxsi brendinizi qurarkən bunlara diqqət edin! - Mütəxəssisdən önəmli məsləhətlər

33495
Bakupost.az PR və Müasir Media Mütəxəssisi Şəxsi Reputasiya və Böhranlar üzrə Kommunikasiya Məsləhətçisi Anar Əskərovun məqaləsini təqdim edir.


Fokuslanın!


Müasir insanın ən böyük əngəllərindən biri də fokuslanmaqdır. Şəxsi brendinizi qurmaq qərarını vermisinizsə sizi qısa və uzun müddətli məqsədlərinizdən çəkindirən, yayındıran bütün amillərdən və təsirlərdən uzaq durun. Hər kəsə dəyər qatmağa da çalışmayın. Bəli, bu deyildiyi kimi asan deyil və çox ciddi disiplin tələb edir.


Hərəkətə keçin!


Məqsədlərinizi və hədəflərinizi müəyyən etdikdən sonra hərəkətə keçin və dayanmayın. Auditoriyanız ilə mütəmadi ünsiyyətdə olmaqla onlara günü gündən daha çox dəyər qatın. Auditoriyanın gözü tərəzidir. Dəyərli olmağa çalışdığınız sahənin sahibini onlar gözlədiyinizdən daha tez müəyyən edəcək və qiymətləndirəcək. Siz dayandıqca qurduğunuz rəqəmsal ayaq izləri gözlədiyinizdən daha tez itəcək. Davamlı olun.


Şəxsi brendinizi yaşayın və dürüst olun!


Şəxsi brendinizi qurarkən sizə aid olmayan dəyərləri paylaşmayın. Zaman keçdikcə qurduğunuz şəxsi brend sizi hər yerdə izləməyə başyalacaq. Hədəf kütlələriniz sizi tanıdıqca, sizinlə daha çox maraqlanmağa başlayacaqlar. Xüsusən də məqsədlərinizlə bağlı qərar verən hədəf kütlə qurduğunuz reputasiyanın uyğunluğuna inandıqdan sonra sizi qəbul edəcək.


Uğursuz olmaqdan qorxmayın!


Şəxsi brend bir aya və ya bir ilə başa gələn bir prosses deyil. Ambisiyanın əksi səbirsizlikdir. Məqsədiniz varsa səbriniz də olsun və sadəcə prosesdən zövq alın.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər