Ru
13:39 / 11 Yanvar 2022

Şeyx Papa ilə görüşəcək

568
Yanvarın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfərə yola düşəcək.

QMİ-nin Mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, səfər Roma Katolik Kilsəsinin başçısı Papa Fransiskin rəsmi dəvəti ilə həyata keçirilir.

Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində Vatikan dövlətinin başçısı və dünya katoliklərinin lideri - Roma Papası Fransisk, habelə Müqəddəs Taxt-Tacın bir sıra ali rəsmiləri ilə görüşləri planlaşdırılır.

Səfər yanvarın 17-nə kimi davam edəcək.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər