Ru
16:31 / 16 İyun 2022

"Siqaretin qiyməti ona görə bahalaşır ki, çəkənlərin sayı azalsın" - Deputat

3449
Millət vəkili Rüfət Quliyevin siqaretin qiymətinin bahalaşması ilə bağlı dediyi sözlər müzakirələrə səbəb olub.


Bakupost.az xəbər verir ki, o, Azxeber.com-a açıqlamasında bildirib ki, qiymət artımına səbəb həm fiskal siyasət, həm də siqaretlə mübarizədir:


“Siqaretlərin qiymətlərinin artmasının 50 faizi fiskal siyasətlə bağlıdır. Artım səbəbinin digər 50 faizi isə siqaretlə mübarizədir. Bu məntiq də var. Adətən siqaretlə mübarizə qiymətdən başqa, siqaret çəkmə yerlərinə məhdudiyyətlər qoymaqla də göstərilir. Belə deyək, siqaretin qiymətinin qalxması və siqaret çəkilən yerlərin məhdudlaşması birgə effekt verir. Bununla gündəlik siqaret çəkmə sayı azalır. Mən özüm də siqaret çəkənəm, misal üçün, əvvəl bir qutu, bir qutudan artıq çəkirdim. Amma qeyd etdiyim məhdudlaşmalar gətirib ona çıxarır ki, çəkdiyin siqaretin sayını azaldırsan”.


Deputatın fikrincə, siqaret qiymətlərində artım olduğu zaman siqaret çəkənlər sayı azaldırlar: “Adətən insanlar ya daha ucuz siqaretlərə keçir, ya da ona öyərəşə bilmirlər. Siqaretdə belə bir öyrəşmə mexanizmi var. Ona görə də, məcbur olurlar ki, hesabı elə götürsünlər ki, əvvəl bir qutu çəkirdilərsə, indi azaltsınlar. Çünki həmin siqareti əvvəlki qədər almaq çətinləşir”.


R.Quliyev, həmçinin qeyd edib ki, bu cür mübarizə forması dünyanın hər yerində var: “Bu formada mübarizə bütün dünyada gedir. Mən deməzdim ki, bu, Azərbaycanda tütün məmulatlarına qarşı ən ciddi mübarizələrdən biridir. Xeyr. Avropanın bir neçə ölkəsində, ümumiyyətlə, bütün ölkələrdə, o cümlədən ABŞ-da və digər aparıcı ölkələrdə qiymət, məhdudlaşma ona gətirib çıxarır ki, insanlar məcburiyyət qarşısında qalıb az çəkirlər”.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • raul mahmud

    Bu agilda bizim nece teyin olunmus deputatimiz var.

  • t.ədalət

    Çox dəyərsiz yanaşmadır.İnsan orqanizmini kiminsə istəyi ilə yönəltmək olmur.Bu,asılılıqdır.Qiymət artımı isə təkcə siqaretlə bağlı deyil,ayaqyollarına qədər gedib çıxır.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər