Ru
11:44 / 21 Noyabr 2022

Siyasi partiyaların təsisinə dair müzakirələrə səbəb olan tələblər ARADAN QALDIRILIR

1214
Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis ediləcək.


Bakupost.az bildirir ki, bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.


Qeyd edək ki, qanun layihəsinin ilkin versiyasına əsasən, siyasi partiya Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi.


Layihəyə əsasən, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün azı 5000 üzvü olmalıdır. Layihənin ilkin versiyasında bu tələb 10 min idi.


Seçkilərdə 2 dəfə iştirak etməyən siyasi partiyaların ləğv edilməsinə dair müddəa isə layihənin yeni redaksiyasında öz əksini tapmayıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər