Ru
10:48 / 12 May 2022

Siyəzəndə ağır yol qəzası: ölən var

1402
Siyəzəndə yük maşını ilə minik avtomobili toqquşub, ölən var.

Bu barədə Bakupost.az -a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə mayın 11-i saat 23 radələrində Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şabran rayon sakini, 1988-ci il təvəllüdlü Elçin Yaşar oğlu Hacıyevin idarə etdiyi “BMW” markalı minik avtomobili ilə Quba rayon sakini, 1959-cu il təvəllüdlü Məhiyyədin Əliyevin idarə etdiyi “KamAz” markalı yük maşını toqquşub. Nəticədə “BMW” markalı minik avtomobilinin sürücüsü E.Hacıyev hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər