Ru
12:54 / 19 Sentyabr 2022

SOCAR AQŞ daha bir xarici layihəni uğurla başa çatdırdı - FOTO

1875
SOCAR AQŞ Qazaxıstanın kəşfiyyat və hasilat şirkəti olan Eureka Oleum üçün kompleks qazma layihəsini təhlükəsiz və səmərəli şəkildə başa çatdırıb.


Bakupost.az xəbər verir ki, layihə çərçivəsində SOCAR AQŞ Eureka Oleum şirkətinə aid üç neft yatağında qazma nəzarəti xidmətləri göstərib.

Xidmətlərə dərinliyi 3176, 3222 və 3600 metr olan istiqamətli neft quyularının qazılmasına nəzarət daxil idi. SOCAR AQŞ sifarişçiyə əməliyyatlara müntəzəm nəzarətdə, həmçinin SƏTƏM, quyuya nəzarət, mürrəkkəb geofiziki ölçü avadanlıqlarından istifadə etməklə məlumatların toplanması, kern nümunəsinin götürülməsi, yan lülələrin qazılması və digər quyudibi mürəkkəbləşmələr zamanı dəstək verib.

“SOCAR AQŞ qazma və quyulara texniki xidmət göstərilməsi sahəsində böyük təcrübəyə, eləcə də quruda və dənizdə mürəkkəb yataqlarda qazma əməliyyatları üçün bilik və texniki imkanlara malikdir. Hazırkı beynəlxalq inkişaf hədəflərimizin bir hissəsi olaraq, Eureka Oleum ilə olan bu layihə bizim təcrübəmizi bölüşmək üçün daha bir fürsət oldu. Layihə zamanı insanların təhlükəsizliyi bizim əsas prioritetimiz idi və biz çox şadıq ki, işlər təhlükəsizlik tələblərinə tam uyğun aparılıb", SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev bildirib.


Qeyd edək ki, SOCAR AQŞ Qazaxıstan Respublikasında ilk qazma layihəsinin idarə edilməsini öz üzərinə 2020-ci ildə götürmüş və uğurla başa çatdırıb. Müqavilə Eureka Oleum yataqlarından birində 3100 metr dərinlikdə istiqamətləndirilmiş neft quyusunun qazılmasına nəzarəti daxil edirdi. 2021-ci ildə SOCAR AQŞ dərinliyi 3309 və 3241 metr olan daha iki neft quyusunun idarə edilməsini davam etdirib.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər