Ru
13:36 / 05 May 2022

SOCAR-dakı dəyişikliklər nəticə verəcəkmi? - Mirmahmud Mirəlioğlunun şərhi

4033
Prezident vaxtilə pis idarəetmənin qurbanına çevrilən SOCAR-ın nəhayət ki, şəffaf beynəlxalq enerji şirkətinə çevriləcəyini vurğuladı. Həmçinin qazda çoxlu itkilərimizin olduğunu, bunun isə şübhə doğurduğunu açıqladı.


SOCAR-ın yeni təyinatından şəffaflıq gözləyə bilərikmi? Ümumiyyətlə, SOCAR-ın fəaliyyəti ölkəyə nə qədər xeyir verir?


Məsələ ilə bağlı Bakupost.az -a Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, qazın və enerjinin uğurlanması məsələsi davam etməkdədir:


“SOCAR-da baş verən dəyişiklik gözlənilən idi və düşünürəm ki, bu dəyişikliklər müsbət nəticə verəcək. Hamımız istəyirik ki, belə bir şəffaflıq olsun. Qazın və enerjinin oğurlanması məsələsi davam etməkdədir. Bunun qarşısını almaqdan ötrü mütləq ciddi tədbirlər görülməlidir.

SOCAR-ın fəaliyyəti ölkəyə xeyir verməlidir. Amma nə qədər xeyir verəcək, bunu deyə bilmərik. Rövnəq Abdullayevin yarıtmaz işi barəsində birinci gündən sözümüzü demişdik. O, Azərbaycan Dövlət Neft Şirkətində tikintiyə rəhbərlik edəndə belə yarıtmazlığı ilə ad çıxarmışdı. Amma korrupsiyaya qurşanmağı və o işi yaxşı bacarmağı ilə ad çıxararaq özünü doğrultdu. Ona görə də bu məsuliyyət öncədən də, indi də hakimiyyətin üzərindədir. Belə bir yarıtmaz adam iqtisadiyyat nazirinin müavini təyin edilib. Əslində, Rövnəq Abdullayevin yeri barmaqlılar arası olmalıdır. Eyni zamanda onun bütün əmlakı dövlətin xeyrinə müsadirə olunmalıdır”.


Fərid
Baku Post


Həmçinin oxuyun:




Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər