Ru
15:01 / 04 May 2022

“SOCAR Petroleum”un yeni direktoru kimdir?

62608

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC-nin baş direktoru Rövşən Həsənov işdən çıxarılıb.


Onun yerinə isə Abdulla Tağıyev təyin olunub.


Bakupost.az xəbər verir ki, A. Tağıyev bundan əvvəl də yüksək vəzifələrdə çalışıb.


Belə ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə A. Tağıyevə nazirliyin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin direktor vəzifəsi həvalə edilib.


Həmçinin o, Təhsil Nazirin müşaviri vəzifəsində də işləyib. A. Tağıyev Təhsil Nazirliyinə tabe təhsil müəssisələrinin torpaq sahələri və digər daşınmaz əmlak üzərində istifadə hüquqlarını təsdiq edən sənədlərin bərpa edilməsi və ya yenidən alınması işinin təşkili məqsədi ilə yaradılan işçi qrupunun rəhbəri olub.


Qeyd edək ki, Abdulla Tağıyev iqtisadiyyat naziri Mikayıl Cabbarovun Təhsil və Vergilər nazirliklərində müşaviri olub.






Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər