Ru
09:22 / 16 May 2022

Somalinin yeni prezidenti seçildi

972
Somali parlamenti Həsən Şeyx Mahmudu ölkənin yeni prezidenti seçib.

Bakupost.az xəbər verir ki, bu barədə “Somali Guardian” portalı səsvermənin ilkin nəticələrinə istinadən məlumat yayıb.

Mayın 15-də Somalinin paytaxtında prezident seçkilərinin keçirildiyi hava limanında anqar minaatanlardan atəşə tutulub. Atışma səsvermənin birinci turu başa çatdıqdan dərhal sonra və bülletenlərin hesablanmasından əvvəl baş verib.

2012-2017 illərdə Somalinin prezidenti olmuş Həsən Şeyx Mahmud 2011-ci ildə “İslam demokratiyası” mövqelərinə sadiq qalan Sülh və İnkişaf Partiyasını yaradıb və ona rəhbərlik edib.

O, 2012-ci il sentyabrın 10-da parlamentin iclasında prezident seçilib.

Həsən Şeyx Mahmud 4 il müddətinə Somalinin prezidenti olacaq.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər