Ru
12:08 / 06 Fevral 2023

Son 500 ilin ən güclü zəlzələsi... - Mütəxəssis rəyi

2785
Mütəxəssislər bu gün səhər saatlarında Türkiyənin Qəhrəmanmaraş vilayətində baş verən zəlzələnin gücü ilə bağlı fikirlərini açıqlayıblar.

Bakupost.az Türkiyənin "Cümhuriyyət" qəzetinə istinadən xəbər verir ki, türk seysmoloq Naci Görur son 500 ildə bölgədə belə güclü təkan olmadığını bildirib.

O, gözlənilən güclü zəlzələ ilə bağlı dəfələrlə xəbərdarlıq etdiyini, lakin insanların ona qulaq asmadığını vurğulayıb.

Onun sözlərinə görə, yenə də güclü təkanlar ola bilər, ona görə də qəzalı evlərdə yaşayanlar onları tərk etməlidir.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər