Ru
16:49 / 03 Oktyabr 2022

Son sutkada bir peyvənd vurulub

1193
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 vaksin vurulub.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakupost.az -a verilən məlumata görə, son sutkada birinci və ikinci mərhələ üzrə vaksinasiya olunmayıb. Üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 olub. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya da olunmayıb.


Vurulan vaksinlərin ümumi sayı 13 892 610, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 383 140, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 867 821, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 379 803, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 846 nəfər təşkil edir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər