Ru
15:22 / 27 Yanvar 2022

Şor pendir qiymətinə, pendir ət qiymətinə... - Kasıb nə yesin? - FOTOLAR

4538
Ucqar kənd evinə gələn qonağın, gedən zaman səhər-axşam yeyilən şora işarə edib, “mən gedirəm, amma bu ağ şey nədirsə, sizi qıracaq” məsəlini danışıb, qəhqəhə çəkənlərə fikir verməyin. Tamamilə əksinə, bizi qıran yox, bizi saxlayan qidalardandır şor. Müasir tibbin belə məsləhət gördüyü, sümüklərin və insan skeletinin formalaşmasında əvəzsiz nemət olub şor. Ona görə “olub” deyirik ki, əvvəllər imkansız kütlənin əli çatan bu nemətin son vaxtlar qiyməti ceyran belinə qalxıb, özü isə “delikateslər” siyahısında qərar tutub. Hələ onu da deyək ki, söhbət dədə-baba üsulu ilə hazırlanmış təbii şordan yox, quru süddən hazırlanan, min bir kimyəvi qatqı ilə ortaya çıxan şordan gedir.

Beləcə indi şor pendir qiymətinə, pendir ət qiymətinə, çörək şor qiymətinə olub...

Bəs kasıb səhər nə yesin?

Qədimdən şor çörək kasıbların səhər yeməyi olub. Süfrəsində heç nəyi olmasa da, bir ailənin şoru mütləq olardı. Uzağı 2 il əvvəl bir kilosu 2-3 manata olan şor, 6-7 manata qalxıbsa, əlbəttə yanındakı pendir də bahalaşacaq. Ötən il qiyməti 5-6-7 manata olan pendirlər indi marketlərdə 9-18 manatadır.

Rayonlarda, kəndlərdə insanlar həyətlərindən 1-2 manata satdığı tər-təmiz şor şəhərə gəlib çıxan yolları süni sürətdə bağlanır, əvəzində pendir sexlərinin quru süddən hazırladığı adi şor marketlər şəbəkələrindən keçib süfrəmizin başına oturur. Özü də od qiymətinə...

Bu şorun maya dəyəri neçə manata qalxıb ki, satış qiyməti ceyran belinə çıxıb?

Görəsən, istənilən artıma iqtisadi terminləri köməyə çağırıb don geydirən iqtisadi-ekspertlər şorun 6-7 manat olmasını necə şərh edir?


Kiçik bir hesablama aparsaq görərik ki, 5 nəfərdən ibarət bir ailə hər səhər 500 qram şor istehlak edərsə, bu bir ay ərzində 14-15 kq şor edir.

Bəs sizin, bir ayda şora verməyə 70-80 manat pulunuz varmı?






Aygün Musayeva
Medicina.az
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər