Ru
15:05 / 20 May 2022

SOS! Meymun çiçəyi 100 nəfərdən 10-nu öldürəcək - YENİ PANDEMİYA OLACAQ?

5295
“Meymun çiçəyi pandemiya səviyyəsində olan virus deyil, əvvələr də pandemiya yaratmayıb”.


Bunu Bakupost.az -a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev son günlər müxtəlif ölkələrdə yayılmağa başlayan virusla bağlı danışarkən deyib.


İnfeksionist meymun çiçəyi virusu ilə bağlı maraqlı məqamlara toxunub:




“Meymun çiçəyi koronavirus kimi yeni əmələ gələn virus deyil. Bu virus, əsasən, 1950-ci illərdə aşkar olunub. Əvvəllər təbii çiçək virusu vardı, amma indi onun kökü kəsilib. Meymun çiçəyi virusu həmin təbii çiçək virusuna oxşardır. Bildiyimiz suçiçəyi virusu kimidir, amma bu daha təhlükəli hesab olunur. Çünki öldürücülük qabiliyyəti təqribən 10%-dir, yəni çoxdur. Bu da virusa yoluxan 100 nəfərdən 10-nun ölməsi deməkdir. Əslində çox böyük rəqəmdir. Bu, koronavirusda 2% idi.

Yaxşı bir məqam odur ki, meymun çiçəyi pandemiya səviyyəsində olan virus deyil. Yəni əvvələr pandemiya yaratmayıb, indi də olma ehtimalı çox azdır”.


M.Əliyev xəstəliyin ölkəmizdə yayılma ehtimalının az olduğunu vurğulayıb:


“Meymun çiçəyi xəstəliyinə dövlətlər tərəfindən də diqqət olunmalıdır. Xaricdən gələnlər müayinə olunub ölkəyə buraxılsa, daha yaxşı olar. Ölkəmizdə yayılması ehtimalı çox azdır. Hazırda daha çox Afrika ölkələrində gigiyena qaydaları aşağı səviyyədə olduğuna və meymundan keçdiyinə görə orada yayılma daha çoxdur. Lakin çox sürətli yoluxma qabiliyyətinə malik deyil. Belə insanlarla maksimum təmas azaldılmalı və xəstə təcrid olunmalıdır. Bu da hava-damcı yolu ilə keçdiyindən maska taxılmalıdır”.



Həkim meymun çiçəyinin simptomlarını da açıqlayıb:


“Zəiflik, baş ağrısı, halsızlıq, qızdırmanın yüksəlməsi (39-40°), bir də iri dəri səpkiləri kimi simptomlarla üzə çıxır. Həmin dəri səpkiləri dərin olur deyə sağalandan sonra hətta dərin çapıqlar da qala bilir, bilinir ki, bu insan xəstəliyi keçirib. Ölkəmizdə aşkar olunmasa da, bizim region üçün yeni xəstəlikdir”.


Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda “Meymun çiçəyi” virusu Azərbaycanda yoxdur və olmaması üçün də tədbirlər həyata keçirilir.


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər