Şotlandiyanın Skay adasında təxminən 170 milyon il əvvəl yaşamış dünyanın ən böyük yura pterozavrının qalıqları tapılıb.
Bakupost.az xəbər verir ki, pterozavrın iti dişli çənəsi doktorant Amelia Penni tərəfindən aşkarlanaraq araşdırılıb və onun qanadlarının 2,5 metr olduğu öyrənilib.
Araşdırmaçılar bildirirlər ki, öləndə o, hələ də aktiv şəkildə böyümə dövründə olub. Bu ən böyük Yura pterozavrıdır, deyə əlavə ediblər.
Qlazqodakı "Hunterian" və Skaydakı "Staffin" muzeyinin tədqiqatçıları qalığın tapıldığı qayanı çıxararaq Edinburq Universitetinə aparıblar.
Aynur
BakuPost