Ru
11:49 / 26 Yanvar 2022

“Sovetski” sakinləri etiraz aksiyası keçirdi - VİDEO

2838

Keçmiş “Sovetski” küçəsinin sakinləri növbəti dəfə etiraz aksiyası keçiriblər.


Bakupost.az xəbər verir ki, Prezident Administrasiyasının binası qarşısında toplaşan sakinlər onlara verilən kompensasiyalardan şikayətçidirlər.

Etirazçılar bildirirlər ki, həmin pulla yeni ev almaq mümkün deyil:

“Cəmi 100 manat kirayə pulu verirlər. Bu biabırçılıqdır... Sökülən evimizin pulunu normal versinlər ki, gedək ev alaq. Bizə çox az pul veriblər. 41 minə Bakıda haradan ev alım?!”.

Daha sonra sakinlər şöbə müdirinin qəbulunda olublar.

Onlara deyilib ki, məsələ Maliyyə Nazirliyinə və İcra Hakimiyyətinə verilib:

“Bizi şöbə müdiri Elyar bəy qəbul etdi. Dedilər, iş verilib, araşdırma aparılır. 2-ci ya 3-cü gün oraya gedəcəyik, görək nə cavab verəcəklər. Əgər mənfi cavab verilsə, yenə yığışacağıq. Biz öz haqqımızı istəyirik”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər