Ru
14:41 / 19 İyul 2025

Söyüş üstündə üç nəfər xəstəxanalıq oldu

Söyüş üstündə üç nəfər xəstəxanalıq oldu
Eye

Gəncə şəhərində qonşular arasında düşən dava üç nəfərin xəsarət alması ilə nəticələnib.

Bakupost.az xəbər verir ki, hadisə ötən gecə, təxminən saat 23:50-də qeydə alınıb.

Belə ki, şəhərin Bağman yaşayış massivində yaşayan qonşular arasında düşən əlbəyaxa dava nəticəsində 1967-ci il təvəllüdlü Bəxtiyar Qasımov, 1964-cü il təvəllüdlü Məmmədəli Bağırov və 1971-ci il təvəllüdlü Kəmalə Qasımova xəsarət aldıqları üçün xəstəxanaya çatdırılıblar.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisənin baş verməsinə səbəb Məmmədəli Bağırovun sərxoş vəziyyətdə söyüş söyməsi olub.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar