Ru
13:14 / 14 Dekabr 2021

"Milli Məclisin sədri kimi siz bu məsələyə qarışın!” - Deputatdan etiraz-VİDEO

5149
"Burada danışırıq. AZAL qiyməti endirəcəkmi? Xeyr, endirməyəck. Özümüz deyib, özümüz eşidirik".

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında yeni hazırlanan “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, İrəvandan İstanbula reys açırlar:


“Bizim pulla 80 manatdır. Mən də gözləyirəm ki, Zəngəzur Dəhlizi açılsın. Ora gedib o qiymətə uçuş edim. Benzin, dizel bizim. Üstəlik AZAL da subsidiya alır. Başqa ucuz şirkətlər gəlir, bir aydan sonra qaçıb gedirlər. Sözümüzün havada qalmaması üçün bəlkə bu barədə danışmayaq. AZAL da qiymətləri qaldıra-qaldıra getsin. Allahın bir dənə “Zirə” komandasını da saxlaya bilmədi. Heç olmasa, komandanı saxlaya bilmirsən qardaş?! O gün oxuyuram ki, oteldə 2 gecə 3 günlük qiymət 1750 manatdır. Mənim bir aylıq maaşımdır. Mən gedəcəm o otelə?! Əlbəttə, yox!”. Təyyarə biletlərinin qiymətləri ilə bağlı məsələ həll olunmalıdır. Sahibə xanım, siz Milli Məclisin sədri kimi bu məsələyə qarışın”, - o vurğulayıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • ilqar

    vallah hec ne olmayacaq bu vaxta kimi nece deputat munasibet bildirib hec azal in qulaqina da deyil cahangir hele indi biq buraxir onun xalq ne vecine

  • ABDULLAYEV ŞAHİN ƏVƏZAĞA

    Hesablama Palatasının iş planına salın gedib yoxlama aparsın Nə qədər Dövlət zəmanətilə kredit götürülüb Niyə biletlər bahadır C ənab A Abbas H P -nın sədrini çağırıb tələb edin Görün nə olacaq

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər