Ru
18:24 / 18 Noyabr 2022

Süleymaniyyədə güclü partlayış: 15 ölü, 12 yaralı

1456
İraqın Süleymaniyyə şəhərində güclü partlayış baş verib.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, partlayış qaz çənində texniki nasazlıq səbəbindən baş verib.

Süleymaniyyə Mülki Müdafiə İdarəsinin müdiri Diyar İbrahim qəzada həyatını itirənlərin sayının 15-ə, yaralı sayının isə 12-yə yüksəldiyini bildirib. O, axtarış-xilasetmə işləri çərçivəsində bütün cəsədlərin dağıntılar altından çıxarıldığını bildirib.

Diyar İbrahim bəzi yaralıların vəziyyətinin ağır olduğunu deyib. Həlak olanların çoxunun uşaq və qadın olduğu açıqlanıb.

Süleynmaniyyədə 3 günlük matəm elan edilib.

Aynur,
BakuPost





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər