Ru
17:41 / 08 Dekabr 2022

Sülh müqaviləsinin iki varinatı var - İrəvan təsdiqlədi

3676
Azərbaycanla sülh müqaviləsinin iki variantı var.

Bakupost.az erməni KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Onun sözlərinə görə, bir variantı Moskva, ikinci variantı Azərbaycan təklif edib. Qərb variantına gəlincə, Qriqoryan deyib ki, nə Brüssel, nə Vaşinqton, nə də başqa paytaxtdan belə bir variant daxil olmayıb.

"Qərb danışıqlar üçün atmosfer yaratmağa çalışdı, Moskva da bunu edir. Ermənistan və Azərbaycan sülhə nail olmaq üçün hər şeyi etməlidir", - Qriqoryan deyib.

O, həmçinin Ermənistanın ilin sonuna qədər sülh müqaviləsinin bağlanması üçün səyləri əsirgəməyəcəyini bildirib.

Zaur,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər