Ru
19:34 / 21 Dekabr 2022

"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

9824
"Sumqayıt"ın Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.

Bakupost.az -ın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi Rusiyanın "Krılya Sovetov" klubu ilə qarşılaşacaq. Görüş yanvarın 17-nə planlaşdırılıb.

Premyer Liqada mübarizə aparan Samara təmsilçisi 17 turdan sonra 20 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Sumqayıt" yanvarın 5-dən 18-dək Lara bölgəsində hazırlıq keçəcək. Komandanın digər sınaq matçı yanvarın 12-nə nəzərdə tutulub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər