Ru
15:06 / 04 Dekabr 2022

Sumqayıtda dəhşət: evdə tək qalan uşaqlar yanaraq öldü

4307
Sumqayıtda iki azyaşlı yanaraq ölüb.

Bakupost.az APA-ya istinadla bildirir ki, hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb.


Belə ki, fərdi yaşayış evlərinin birində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürüldükdən sonra evdə 2 uşağın yanmış meyiti aşkarlanıb. Həmin azyaşlıların 2017-ci il təvəllüdlü Sübhan Abbasov və 2021-ci il təvəllüdlü Dərya Quliyeva olduğu bildirilir.

Məlumata görə, hadisə baş verən zamanı evdə uşaqlar tək olub.

Hər iki uşağın meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
  • Neriman Seyfeli.

    5-3 yashinda ushaqlari evde tek qoyan valideyne ne deyesen, zeniyyetsiz,savadsiz ve avam. Bele valideyinlerse, olmamaq yaxshidir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər