Ru
17:45 / 12 Avqust 2022

Superbakteriyalara qarşı yeni antibiotik sintez olundu

1850
İllinoya universitetinin alimləri nəhayət ki, superbakteriyaya qarşı yeni nəsil antibiotik sintez ediblər.


Bakupost.az xəbər verir ki, laborator eksperimentlərdə dərmanlara davamlı xəstəxana şəraitində çoxalan bakteriyalara qarşı kimyəvi birləşmə tapılıb.


Bura pnevmoniya, sidik yolları və qan dövranı infeksiyaları yaradan patogen mikroorqanizmlər daxildir.


Bu bakteriyalar artıq müdafiə sistemlərinə görə, dərmanlara dözümlülük qazanıb.


Еscherichia coli, Klebsiella pneumoniae və Acinetobacter baumanniyə qarşı Fabmisin adlı antibiotik hazırlanıb.


Dərman Fabİ adlı fermentin aktivliyini söndürür.


Eyni zamanda bu antibiotik insan mikroflorasında yaşayan zərərsiz mikroorqanizmlərə toxunmayacaq.


Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər