Ru
14:10 / 15 İyun 2022

Şuşadan Ermənistana konkret mesajlar: Açıq şəkildə xəbərdarlıq edildi

2965
“İlk dəfədir ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti YAP-ın təşkil etdiyi belə bir beynəlxalq konfransa dəvət olunur və bu, artıq həm də müxalifətin dövlət protokolunda yer almasının təməllərinin atılması deməkdir”.


Bunu Bakupost.az -a açıqlamasında politoloq Elxan Şükürlü deyib.


O, Şuşa Bəyannaməsinin bir illiyinə həsr olunmuş beynəlxalq konfransın əhəmiyyətindən danışıb:




“Şuşa indi təkcə qələbəmizin deyil, həm də milli birliyimizin simvoluna, ən müxtəlif siyasi baxışlara malik təşkilatları milli və dövlət maraqlarımız ətrafında birləşdirən müqəddəs məkana çevrilir. Birlik və mübarizlik rəmzimiz, qürur və iftixar mənbəyimiz Şuşa şəhərində Şuşa Bəyannaməsinin bir illiyinə həsr olunmuş beynəlxalq konfrans davam edir. Türkiyə-Azərbaycan müttəfiqliyinin təkcə bu iki ölkəyə deyil, Balkanlar-Cənubi Qafqaz-Mərkəzi Asiya xətti üzrə yerləşmiş regiona verəcəyi töhfələr, qarşıda duran hədəflər və imkanlar barədə bir-birindən maraqlı, məzmunlu çıxışlar oldu. Mənim diqqətimi xüsusilə cəlb edən Türkiyənin sabiq Baş naziri, “AK Parti” sədrinin birinici müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyə nümayəndə heyətinin rəhbəri cənab Binəli Yıldırımın çıxışı oldu. Konkret rəqəmlərlə olduqca peşəkar bir yanaşma ortaya qoydu. Çıxışlarda həm Azərbaycan, həm də Türkiyə ilə düşmənçilik aparan qonşu Ermənistana da çox gərəkli mesajlar ünvanlandı. Ermənistanın terror dövləti olduğu xatırladıldı, regionda sülhə və sabitliyə təhlükə yarada biləcək revanşist siyasətini davam etdirəcəyi təqdirdə Türkiyə-Azərbaycan ittifaqının birgə atacağı addımlarla hansı aqibətlə üzləşəcəyi haqda açıq xəbərdar edildi”.


Fəridə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər