Ru
15:01 / 22 İyun 2022

Tağı Əhmədov müalicə üçün İrana aparıldı - Xanımından açıqlama

3134
Tağı Əhmədov səhhətrində baş vermiş ağırlaşma səbəbindən İrana aparılıb.


“Hazırda İrandayıq. Müalicə üçün bura gəlmişik. Tağı müəllim müalicəsini İranda davam etdirir. Səhhətində hər şey yaxşılığa doğru gedir. İndi özünü yaxşı hiss edir, lap yaxşıdır. Söz veriblər, səhhəti daha da yaxşı olacaq”.


Bakupost.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədli deyib.


Salatın Əhmədli bildirib ki, hər şey yaxşılığa doğru gedir.

Qeyd edək ki, mediada Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun səhhətinin ağır olması, hətta yeriyə bilməməsi barədə məlumatlar yayılıb.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər