İnsan hüquqlarının müdafiəsi üzrə təşkilatlar Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib.
Bakupost.az xəbər verir ki, sözügedən təşkilatların müraciətinin məqsədi Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban idarəetməsinə qarşı səyahət qadağasının qoyulmasıdır: “Qadınların evdən çıxmağına icazə verməyən talibançıların ölkə xaricinə çıxmağı qadağan olunmalıdır”.
BMT bu mövzunu gələn həftə müzakirə edəcəyini bildirib.
Mövcud səhayət qadağası BMT tərəfindən yenilənməsə, bu gün aradan qalxacaq.
Hazırda 41 talibançıya qarşı səyahət qadağası var.
Qeyd edək ki, bu qadağa Trampın hakimiyyəti dövründə sülh danışıqları üçün qısa müddətdə 13 vəzifəli şəxs üçün aradan götürülüb.
Aynur
BakuPost