Ru
16:12 / 01 Dekabr 2022

TALIBOVUN OĞLUNUN ƏTRAFINDA BASABAS... – Bahəddin Həzi baş redaktorları rüsvay etdi

11111
“İndi hamı bu şəkli paylaşır... Və ürək sözlərini yazır. Basabas düşüb...”


Bakupost.az xəbər verir ki, bunu “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev Vasif Talıbovun oğlu Seymur Talıbovun fotosunu “Feysbuk” səhifəsinə yerləşdirərək yazıb.


Baş redaktor daha sonra Naxçıvana səfəri ilə bağlı xatirələrini bölüşüb: “Bu şəkildəki adamın içində olduğu bir xatirəmi yazım: 2017-ci il iyunun əvvəlində KİV rəhbərlərindən ibarət bir heyətdə Naxçıvana getmişdim. Naxçıvan Universitetində tələbələrlə görüşdən çıxanda birdən bu şəkildəki adam peyda oldu; maşınından düşüb universitetin giriş qapısına tərəf gəlirdi. Yanımdakından soruşdum: "Bu adam kimdir ki, hamı qabağına qaçır?" Dedi: "Seymur müəllimdi də. Vasif müəllimin oğlu. Burda prorektordur". Dedi və o da qaçdı pişvaza...




Sonra hamısı toparlandı, bu şəkildəki adamın böyründə basabasla şəkil çəkdirdilər. Mən də durmuşam kənardan baxıram, Vasif Talıbovun oğlunun yanında durmaqdan ötrü yekə-yekə kişilərin bir-biri ilə çiyinləşməsindən, dümsükləşməsindən ləzzət alıram. Bu şəkildəki adam da hərdən təəccüblə, ya da bəlkə qəzəblə mənə tərəf baxır. Heyətdəkilərdən biri utandı, yanıma gəldi. Sevindim ki, tək deyiləm. İndi o şəkildəkilər, görəsən, o şəkilləri nə edəcəklər?!”


“Mən həmin səfərdə tələbələrlə, əsgərlərlə, orta məktəb şagirdləri ilə, fabrikdəki fəhlələrlə, Batabatda bioloq alim Mürsəl kişi ilə çəkdirdiyim şəkillərdən ləzzət alacam. Bəs Seymur Talıbovla şəkil çəkdirənlər nə hisslər keçirirlər?!...”, - baş redaktor fikrini yekunlaşdırıb.

Xatırladaq ki, B.Həzinin yada saldığı səfər KİVDF-nin o zamankı rəhbəri Vüqar Səfərli tərəfindən təşkil olunmuşdu. Bakıdan gedən 20 nəfərlik heyəti Vasif Talıbov qəbul etməkdən imtina etmişdi...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər