Ru
11:39 / 10 Yanvar 2023

“Tarix dərsliklərində subyektiv fikirlərin yer alması yolverilməzdir” - Ekspert

4444
“Təhsilin məzmununda tarix fənni böyük əhəmiyyət kəsb edir. Milli tarixi qədimdən başlayaraq bu günə gəlməklə öyrənməliyik, yoxsa bu gündən başlayaraq qədimə getməklə? Birinci halda tarix azyaşlı öyrəncilər tərəfindən dərk edilməz və sevilməz. Sevilməyən tarix kitabları oxunmaz, öyrənilməz. İkinci halda tarix başa düşülər, sevilər və öyrənilər. Çünki öyrəncilərin dərketmə qabiliyyəti yaşa dolduqca artır. Bu səbəbdən də tarix fənni mənimsənilsin deyə, dərsliklər bu gündən başlayaraq qədimə getmək şərti ilə yazılmalı və öyrənilməlidir”.



Bu fikirləri Bakupos­t.az -a açıqlamasında Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

Professor bildirib ki, tarix dərslıkləri yazılan zaman xüsusilə diqqətli olmaq lazımdır:

“Tarix dərslikləri mükəmməl olmalıdır. Elə yazılmalıdır ki, şagirdlər Azərbaycanın tarixini öyrənə bilsin. Təəssüf ki, bu heç kəs öz tarixini öyrənə bilmir. Aşağı siniflər üçün bu çətin, yuxarı siniflər üçün isə maraqsızdır. Kitablarda bəzi subyektiv fikirlər yer alır. Tarix dərsliklərində subyektiv fikirlərin yer alması yolverilməzdir. Hesab edirəm ki, tarix kitabları dövlət başçısının və ya vitse-prezidentin rəhbərlik etdiyi redaksiya şurası altında müəllif kollektivi tərəfindən yazmalıdır ki, subyektiv fikirlər kitabda yer almasın. Fikrimcə, vətənpərvərlik ruhunun toxumları tarix kitabında əkilir. Tarix kitabımız, bizim ikinci müqəddəs kitabımız olmalıdır. Bir sözlə, təhsilin məzmununa baxışımız dəyişməlidir”.

Sevinc
BakuPost
Şərhlər
  • Camal Yusifzadə

    E=mc2 Tarix kitablarinda həqiqəti bilmək istəyirsizsə ya qəbirsanlığa baxin ordaki yazilara yadda Zaman maşini düzəldin. Yazar S.King : Ölülər əsla yalan deməz

  • t.ədalət

    İndiyə kimi yazılan tarix kitablarının əksəriyyəti Rusiyanıln diqtəısi ilə yazılıb.Bundan sonra Yasəmən Qaraqoyunlu kimi milli təəssübkeşliyi ilə fərqlənən alimlər irəli çəkilməlidir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər