Ru
11:34 / 21 Yanvar 2023

"Taxıl böhranı səngiyib" - Deputat

2123
“2023-cü ildə Azərbaycanda taxıl böhranının yaşanacağı gözlənilmir”.



Bakupost.az xəbər verir ki, bunu iqtisadçı, deputat Vüqar Bayramov qeyd edib.

O bildirib ki, hazırda qlobal taxıl böhranının xeyli dərəcədə yumşalması nəzərə çarpır. Bu tendensiya tədricən artacaq:

"Taxılın qiymətinin əvvəlki dövrlərə nisbətən azaldığı müşahidə olunur. Hazırda taxıl böhranının səngidiyini görürük”.

Millət vəkilinin dediyinə görə, qlobal arenada baş verən hadisələr taxıl təminatına təsir göstərir. Bu, qaçılmazdır:

“Fikrimcə, bu il Azərbaycanın bu sahədə ciddi çətinlik olmayacaq. Çünki ölkənin taxıl ehtiyatının artırılması istiqamətindən dövlət tərəfindən bütün müvafiq addımlar atılır”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər