“Tayvana səfərimiz heç bir halda ABŞ-ın 1979-cu il Tayvanla münasibətlər aktı, ABŞ-Çin Birgə Kommunikeləri və “Altı vəd”ə əsaslanan uzunmüddətli siyasətinə zidd deyil”.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin yazılı bəyanatında deyilir.
Spiker əlavə edib ki, onun Tayvana səfəri Birləşmiş Ştatların adanın formalaşmaqda olan demokratiyasına dəstəyinin sübutudur.