Ru
19:32 / 02 Avqust 2022

"Tayvanın ABŞ köməyə gələnə qədər dirənmək gücü var" - Şahin Cəfərli

1062

"Çin Su-35-ləri Tayvan boğazına irəliləyir" xəbərinə qədər həyəcanla izləyirdim... Özündən daha zəif ölkənin təyyarələrində uçan dövlət hegemon güc ola bilməz".



Bakupost.az xəbər verir ki, bunu siyasi təhlilçi Şahin Cəfərli bildirib.


Onun sözlərinə görə, Tayvan aviasiyası (F-16 və "Mirage") kəmiyyət baxımından Çin aviasiyasından xeyli geridə olmasına baxmayaraq, keyfiyyətcə çox yaxşı səviyyədədir:


"Tayvan 300 minlik orduya, 2,5 milyon nəfərlik səfərbərlik potensialına malikdir, Çin ordusunun hücum edəcəyi təqdirdə, ən azı ABŞ köməyə gələnə qədər dirənmək gücü var.


Tayvanı tutmaq üçün çox genişmiqyaslı desant əməliyyatı tələb olunur. Sahildə desantçıxarma üçün əlverişli olan 13 nöqtə var ki, bunlar ciddi müdafiə edilir. Çin ehtimal olunan hərbi əməliyyatda adaya yüz minlərlə əsgər çıxarmalıdır, bunu nə dərəcədə bacara biləcəyi sual doğurur..."


Aysel
Baku Post

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər