Ru
16:09 / 08 Dekabr 2022

Təbrizdə həbs edilən qadın fəaldan xəbər yoxdur

2296
Təbrizdə həbs edilən qadın fəal Nojan Bəzzazzadə barədə bu günədək heç bir məlumat verilmir.

Bakupost.az xəbər verir ki, ailəsi onun noyabrın 28-də təhlükəsizlik orqanları tərəfindən həbs edilərək naməlum yerə aparıldığını bildirib.

Onların övladları barədə məlumat almaq üçün aidiyyatı dövlət qurumlarına müraciətləri cavabsız qalıb.

Etirazlarla əlaqədar həbslər isə səngimir. Tehran Universitetinin antropologiya fakültəsinin tələbəsi Məhəmməd Şəbahəti əvvəlcə mühafizə xidməti tərəfindən döyülüb, sonra da təhlükəsizlik orqanlarının əməkdaşlarına təhvil verilib.

Tələbənin həbs səbəbləri və hara aparıldığı barədə məlumat verilməyib.

Aynur,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər