“Azərbaycanda ali təhsildə ən uğurlu və mütərəqqi islahatlardan biri məhz adambaşına maliyyələşməyə keçidin tətbiq edilməsidir. Bu o deməkdir ki, dövlət yüksək bal toplayan və dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanan tələbələrin təhsil haqqından başqa ali təhsil müəssisələrinə əlavə heç bir ödəniş etmir”.
Bu fikirləri
Bakupost.az -a açıqlamasında
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.
Rektor bildirib ki, bu yanaşma doğru olaraq, heç bir fərq qoyulmadan dövlət və özəl ali təhsil müəssisələrinə şamil edilir:
“Bununla yanaşı, ınanıram ki, dövlət ali təhsil müəssisələrinin gəlir qazanmaq imkanlarının genişləndirilməsi, o cümlədən, maliyyə resurslarına çıxış imkanlarının asanlaşdırılması bu addımın müsbət təsirini əhəmiyyətli dərəcədə gücləndirər. Bu sahədə dövlət və özəl universitetlərin hüquqlarının eyniləşdirilməsi ilk addım ola bilər”.
Sevinc
BakuPost