Ru
14:50 / 27 Yanvar 2023

TERROR! - İranın Azərbaycana münasibətinin yeni forması

2824

“Hadisənin video görüntülərindən də məlum olduğu kimi bugünkü hadisə terror aksiyasıdır və İranın Azərbaycana qarşı real münasibətinin yeni formada ifadəsidir”.

Bunu Bakupost.az –a "Demokratik Azərbaycan Naminə" İctimai Birliyin (DANİB) sədri Elməddin Behbud deyib. Onun sözlərinə görə, İran xüsusi xidmət orqanlarının törətdiyi ehtimal olunan bu terror aksiyası Vətən müharibəsindən sonra İranın Azərbaycanın regional liderliyini həzm edə bilməməsi və on minlərlə müsəlmanın qətlini həyata keçirmiş Ermənistanla bütün cəbhələrdə həmrəyliyinin göstəricisidir.

E.Behbud hesab edir ki, terror aktının məhz yanvarın 27-də törədilməsi də təsadüfü deyil:
“Terror aktının məhz yanvarın 27-də - Holokost qurbanlarının Beynəlxalq Anım Günündə (International Holocaust Remembrance Day) həyata keçirilməsi də İranın Azərbaycana qarşı son illər xüsusi ilə artan məlum ittihamlarının fonunda aydın mətləblərdən xəbər verir.

Dövlətimizin xarici ölkələrdəki səfirliklərinə qarşı bu cür hücumları qətiyyətlə pisləyirəm.
Terrora, terrorçulara və onu himayə edənlərə lənət olsun!”


Azər
Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər