Ru
16:07 / 07 Dekabr 2021

"Tərtər işi"ndə həbs olunanların yaxınları aksiya keçirdilər - DİN-dən reaksiya - YENİLƏNİB - VİDEO

2096

11:24


"Tərtər işi" üzrə həbs edilən şəxslərin ailə üzvləri növbəti dəfə etiraz aksiyası keçirib.


Bakupost.az xəbər verir ki, Prezident Administrasiyası önündə etiraz edən valideynlər onların şikayətlərinə artıq 5 ildir, baxılmadığını bildirirlər.


Administrasiyada qəbul olunmalarını tələb edən ailə üzvləri qeyd edirlər ki, övladları həbsdə haqsız yerə saxlanılır və əsas günahkarlar, cinayətkarlar azadlıqdadır.


Əraziyə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları etiraz edənləri hazırda PA-da qəbul edəcəkləri barədə məlumat verib və valideynlər qəbulda iştirak etmək üçün Administrasiyanın binasına yaxınlaşıblar.


Ətraflı video materialdan izləyə bilərsiniz:


Aksiya ilə bağlı açıqlama verən DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, asayişin pozulması hallarına yol verilməyib:


“Polis əməkdaşları asayişin mühafizəsinə cəlb olunub və həmin şəxslərlə profilaktik söhbət aparıblar. Bundan sonra həmin şəxslər ərazini tərk ediblər. Heç bir insident qeydə alınmayıb, asayişin pozulması hallarına yol verilməyib”.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər