Ru
14:29 / 18 Sentyabr 2025

Təyyarə qəzasından sonra ögey qardaşları ortaya çıxdı - Kompensasiya istəyir...

Təyyarə qəzasından sonra ögey qardaşları ortaya çıxdı - Kompensasiya istəyir...
Eye

Ötən il təyyarə qəzasında həyatını itirən qusarlı bacı-qardaş - 19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyevə görə dövlətin təyin etdiyi kompensasiya onların heç bir ailə üzvünə verilməyib.

Bakupost.az xəbər verir ki, bu barədə “Bizim media” məlumat yayıb.

Buna səbəb isə yaxın qohumlar arasında mübahisənin olmasıdır.

Qeyd edilib ki, Qusar rayonunun Suduroba kəndindən olan mərhum bacı-qardaşı böyüdən, onların çətin anlarında yanında olan ana nənələri Asiyət Balabəyova olub. Amma kompensasiya təyin ediləndən sonra onlar sağ ikən əlaqələrinin olmadığı 25 yaşlı ögey qardaşları Kamran Seyidov ortaya çıxıb. O, qəzada həlak olan yaxınlarına görə özünü birinci dərəcəli varis hesab edərək kompensasiyanın ona verilməsini istəyir.

Daha ətraflı süjetdə:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar