Ru
15:35 / 30 Sentyabr 2022

"Tezliklə yaxşı xəbərlərimiz olacaq" - Ukrayna Müdafiə naziri

1420

Ukraynanın Müdafiə naziri Aleksey Reznikov və Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı baş tutub.


Bakupost.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, tərəflər Ukraynaya hərbi dəstək məsələsi diqqət mərkəzində olub.


Söhbət zamanı nazirlər cəbhədəki vəziyyəti, Ukraynanın "Ramşteyn formatı"nda müdafiəsi üzrə qarşıdan gələn altıncı görüşü və Ukrayna Silahlı Qüvvələrinə dəstək imkanlarının gücləndirilməsini müzakirə ediblər.


"Tezliklə yaxşı xəbərlər veriləcək", - Reznikov deyib.


Eyni zamanda, Pentaqonun rəhbəri ABŞ-ın Ukraynanın işğal olunmuş ərazilərində Rusiyanın qondarma "referendumu"nu tanımayacağını təsdiqləyib.


Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər