TikTok istifadəçiləri artıq ödəniş qarşılığında xüsusi paylaşımlar edə biləcək.
Bakupost.az xəbər verir ki, “Seriyalar” adlı funksiya yaxın aylarda bütün istifadəçilərə təqdim ediləcək.
Bu funksiya istifadəçilərə məzmun kolleksiyaları paylaşmağa imkan verir. Hər bir “Seriyalar” 80-ə qədər videodan ibarət ola bilər. Bu ödənişli kliplər üçün vaxt limiti isə 20 dəqiqəyə qədər artırılıb.
Hər bir “Seriyalın” qiymətini məzmun yaradıcıları müəyyən edəcək. İstifadəçilər videodaxili linklər və ya profil səhifələri vasitəsilə birbaşa ödəniş edə biləcəklər.
Şirkət bu haqda açıqlama edib:
“Seriyalar” vasitəsilə məzmun yaradıcıları öz izləyiciləri ilə daha güclü əlaqə qura biləcək. Eyni zamanda, bu funksiya yaradıcıları dəstəkləmək üçün izləyicilərə başqa bir yol təqdim edə bilər.
Aynur
BakuPost