Ru
12:27 / 21 Noyabr 2022

Tokayev nə qədər səs toplayıb?

940
Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev bazar günü ölkənin bütün regionlarında keçirilən prezident seçkilərində 81,31 faiz səs toplayaraq qalib gəlib.

Bakupost.az TASS-a istinadla xəbər verir ki, bu barədə respublika Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov bazar ertəsi, noyabrın 21-də keçirilən brifinqdə ilkin məlumatları açıqlayıb.

Qazaxıstanda keçirilən prezident seçkilərində “Aul” (“Kənd”) partiyasının namizədi Jiquli Dayrabayev 3,42 faiz səslə ikinci yerdədir.

Prezident postu uğrunda mübarizə aparan digər 4 namizədin hər biri 2 faizdən bir qədər çox səs toplayıb. Seçkilərdə seçici fəallığı 69,44 faiz təşkil edib.

Günel
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər