Ru
16:16 / 09 Avqust 2022

Tokayevə sui-qəsd hazırlayan jurnalist saxlanıldı

2258
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi ölkə prezidenti Kasım-Jomart Tokayevin həyatına sui-qəsddə şübhəli bilinən şəxsin kimliyini açıqlayıb.


Bakupost.az “Ekspress K”yə istinadla bildirir ki, bundan əvvəl mətbuatda keçmiş jurnalist Ayan Atıqayevin Tokayevə və bir sıra yüksək vəzifəli dövlət məmurlarına qarşı sui-qəsd hazırlayan xarici agent olması barədə məlumatlar yayılıb.


“Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Ayan Atıqayev barəsində Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 24-cü maddəsinin 1-ci hissəsi və 255-ci maddəsinin 4-cü hissəsi ilə qaldırılmış cinayət işi üzrə araşdırma aparır. İstintaq sirri olduğu üçün digər məlumatlar açıqlanmır", - deyə məlumatda bildirilir.


Qeyd edək ki. aprelin 3-də Qazaxıstan əks-kəşfiyyatı Kasım-Jomart Tokayevə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini saxlayıb. O, Qazaxıstan vətəndaşıdır.


Zaur
BakuPost
Şərhlər
  • t.ədalət

    Bu məsələ yadıma Şuşada Mikayıl Gözəlova edilən sui-qəsdi saldı.Onu da Rusiya kəşfiyyatının bir gədə jurnalistin əli ilə etdiyi deyilir.Qəzetlərdən birinin xüsusi müxbiri kimi Şuşada fəaliyyət göstərən "mətbuat işçisi"nə özü ilə gəzdirmək üçün avtomat silah verilmişdi.O vaxtlar hakimiyyətdə olan rusist və erməni sevdalısı olan Ayaz Mütəllibov bu cinayətin arxasında dayanırdı.Əlbəttə,bu hadisənin içində olan adamlar indi də kreslodan düşməyiblər.Sovet dövründə vəzifələrə irəli çəkilən adamların əksəriyyəti QRU-nun yetişdirdiyi kadrlar idi.Onlar indi də var.Bizim sevimli Şirməmməd müəllimin də SİTA-nın xüsusi müxbiri kimi bir-neçə il Türkiyədə çalışdığı haqqında danışılır.Keçmişini gizlədən o qədər adamlar var ki..

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər