Ru
17:04 / 18 Noyabr 2022

"Toyota Prius" həvəskarlarına xoş müjdə

1429
"Toyota-Prius"un yeni modeli hazırlanıb. Avtomobilin premyerası dekabrın 5-də Los-Ancelesdə keçiriləcək.

Bakupost.az xəbər verir ki, 5-ci nəsil hibrid "Prius"un 2023-cü ildə Avropa yollarına çıxarılması planlaşdırılıb.

1997-ci ildə təqdim olunan "Toyota-Prius" modelinin 25 il əvvəl başlayan innovativlik ənənəsini davam etdirəcək.

"Prius" TNGA 2.0l mühhərriki ilə 148 PS (120kVt) gücündədir. Yeni "Prius" isə artıq 160 PS(111kVt) mühərriklə 223 PS (164 kVt) gücə malikdir.

Maksimum enerji səmərəliliyi üçün təmiz enerjigünəş panelləri ilə də təmin edilə bilər.

Uzunluğu əvvəlki nəsillə müqayisədə 46 mm azaldılan yeni avtomobil 22 mm genişlənib. Daha dinamik dizaynı ilə seçilən yeni nəsil "Prius" öndə fənərlərə və arxada üçölçülü işıqlandırmaya zərif şəkildə inteqrasiya olunmuş çəkic başlı dizayna malikdir.

Aynur,
BakuPost


Şərhlər
  • Ramin

    Ne xeyiri var Azerbaycan xalqi alanmayandan sonra, ozu de hibridden imtina edib tam elektrikli muherriklere kecmeliyik. Ekologiyamizi temiz saxlamaq ucun, amma tessuf olsun ki elektrik dolurma menteqeleri demek olar ki yoxdur Azerbaycanda.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər