Ru
09:17 / 04 Oktyabr 2022

Toyuq əti niyə bahalaşıb? - Ekspert səbəbləri açıqladı

3079
"Mal əti ilə toyuq əti arasında təqribən 70-80 % qiymət fərqi var. Dönər satan mal ətinin bahalaşmasından istifadə edərək, quş əti məhsullarından artıq qazanmaq istəyirsə, bu, artıq fürsətçilik deməkdir".


Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Xalid Kərimli quş əti məhsullarının bahalaşması barədə danışarkən deyib.


Ekspertin sözlərinə görə, Ukraynadan gələn quş əti məhsulları məhdudlaşdığı üçün yeri istehsala üstünlük verilir:




"Ukraynadan idxal edilmiş quş əti məhsulları daxili bazarda istehsalçıları sıxırdı və qiyməti çox artırmağa imkan vermirdi. Yəni, rəqabəti yaxşılaşdırırdı. Lakin Ukraynanın bazardan çıxması bahalaşmaya səbəb olub. Eyni zamanda Ukraynadan quş əti məhsulları ucuz gəldiyinə görə, yerli istehsalçılar sui-istifadə edib, baha qiymət qoya bilmirdi. İndisə bizim istehsalçılar vəziyyətdən istifadə edərək qiyməti qaldırəblar".


Ekspert qeyd edib ki, toyuğun maya dəyərinin 70%-ni yem təşkil edir, hazırda isə həm yem, həm də dərman bahalaşıb:


"Quş əti məhsulllarının maya dəyərində yem əhəmiyyətli rol oynayır. Yemin tərkibinə baxanda burada soya, buğda, arpa, qarğıdalı kimi taxıl məhsulları var. Onlar da son dövrlər bahalaşıb. Növbəti yem partiyaları ucuzlaşdıqca, quş əti istehsalçıları da qiyməti aşağı sala bilər. Son üç-dörd ay taxıl-soya bazarında baş verən proseslərə görə deyə bilərəm ki, gələcəkdə quşçuluq məhsullarının qiymıtinin aşağı düşməsu mümkündür".


Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər