Ru
23:31 / 12 Avqust 2022

Trampın mülkündən məxfi sənədlər tapıldı - FOTO

1873
ABŞ-ın keçmiş prezidenti Donald Trampın mülkündə axtarış aparılıb.



Bakupost.az xarici mediaya istinadən bildirir ki, Federal Təhqiqat Bürosunun (FTB) agentləri Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki evində 11 dəst məxfi sənəd aşkarlayıblar. Onlardan bəzilərinin üzərində “tam məxfi” qrifi qeyd olunub. Bu isə qanuna əsasən, yalnız xüsusi dövlət qurumlarında baxılmaq üçün nəzərdə tutulur.



Evdən 20 qutu əşya, fotoşəkillər olan qovluqlar, əlyazma qeydi və əfv sənədi götürülüb. Sənədlərdə “Fransa prezidenti” ilə bağlı məlumatların da olduğu bildirilir.



Adı açıqlanmayan mənbələrin iddialarına görə, FTB-nin Trampın mülkünə etdiyi basqında məqsəd nüvə silahları ilə bağlı bəzi məxfi sənədləri ələ keçirmək olub.



Aysel
Baku Post
Trampın mülkündən məxfi sənədlər tapıldı - FOTO
Trampın mülkündən məxfi sənədlər tapıldı - FOTO
Trampın mülkündən məxfi sənədlər tapıldı - FOTO
Trampın mülkündən məxfi sənədlər tapıldı - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər