Ru
16:55 / 29 Noyabr 2022

Tubanın Enginlə sevgili olduğu ortaya çıxdı - FOTO

3797

Məşhur aktrisa Tuba Büyüküstünün aktyor Engin Akyüreklə sevgili olduğu iddia olunub.


Bakupost.az bildirir ki, cütlük Parisdə birlikdə görüntülənib.

İştirak etdikləri layihələrdə uğurları ilə adından söz etdirən Tuba Büyüküstün və Engin Akyürek illər əvvəl yayımlanan "Kara Para Aşk" və "Sefirin Kızı" seriallarında baş rolları paylaşıblar. Uzun illərdir layihələr üçün bir araya gələn ikilinin eşq yaşadığı iddiası şou aləminin gündəminə bomba kimi düşüb.

Beyaz TV-də yayımlanan "Söylemesem olmaz" verilişinin xəbərinə görə, birlikdə vaxt keçirmək üçün Parisə gedən ikili təkbaşına gəzərkən görüntülənib. Belə ki, görüntülərdə Akyürekin hərəkəti diqqətdən yayınmayıb. O, Tubanın tez-tez taxdığı yaylığını biləyinə bağlayaraq sevgi iddiasını daha da gücləndirib.




Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər