Almaniya və Türkiyə hakimiyyətinin Yaxın Şərqdəki münaqişə ilə bağlı fikirləri fərqlidir.
Bakupost.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.
“Sirr deyil ki, bizim fərqli baxışlarımız var", - Şolts bildirib.
Şolts beynəlxalq hüquqa hörmətlə yanaşı, İsrailin HƏMAS hərəkatının təhdidlərindən qorunmaq hüququnu təkrarlayıb. Kansler qeyd edib ki, buna baxmayaraq, Almaniya və Türkiyə Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq üçün gərginliyin azaldılması, atəşkəs və siyasi həllin tərəfdarıdır.
“Bizə iki dövlətli həll yolunda etibarlı siyasi proses lazımdır”, - o vurğulayıb.