Türkiyənin “Baykar” şirkəti Ukraynaya “Bayraktar TB2” pilotsuz təyyarəsi bağışlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
“Bu gün biz Ukraynanın böyük dostları və tərəfdaşlarından – “Baykar” şirkətindən daha 2 “Bayraktar TB2” pilotsuz təyyarəsi aldıq. “Baykar” onları kömək üçün təmənnasız bağışladı. "Baykar"a dövlətimiz üçün ən çətin anlarda göstərdiyi güzəştsiz və davamlı dəstəyə görə sonsuz minnətdarıq”, - deyə Ukrayna Baş Kəşfiyyat İdarəsi bildirib.